Azərbaycanın İtaliyadakı səfirliyinin konsulluq bölməsi 11 gün işləməyəcək

Xarici siyasət
  • 19 mart, 2026
  • 19:03
Azərbaycanın İtaliyadakı səfirliyinin konsulluq bölməsi 11 gün işləməyəcək

Azərbaycanın İtaliyadakı səfirliyi Ramazan bayramı və Novruz bayramı münasibəti ilə 20-30 mart 2026-cı il tarixlərində ölkəmizdə ardıcıl 11 günün qeyri-iş günü olması ilə əlaqədar konsulluq xidmətləri göstərməyəcək.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın İtaliyadakı səfirliyinin "X"dəki hesabında məlumat yayılıb.

"Bayram günlərində yaranacaq təcili məsələlər ilə əlaqədar consul_rome@mission.mfa.gov.az; roma.consolare@gmail.com elektron poçt ünvanları vasitəsilə əlaqə saxlaya bilərsiniz.",- məlumatda bildirilib.