​Azərbaycanın birinci xanımı Pakistanın ali ordeni ilə təltif olunub

Xarici siyasət
  • 12 fevral, 2015
  • 15:21
​Azərbaycanın birinci xanımı Pakistanın ali ordeni ilə təltif olunub

Bakı. 12 fevral. REPORT.AZ/ Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Pakistan İslam Respublikasının “Hilal-e Pakistan” ordeni ilə təltif olunub.

Heydə Əliyev Fondunun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Pakistan prezidenti Məmnun Hüseyn 11 fevral 2015-ci il tarixdə bu barədə sərəncam imzalayıb.

Qeyd edək ki, “Hilal-e Pakistan” Pakistan İslam Respublikasının ali ordenidir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Hilal-e Pakistan” ordeni ilə təltif olunan ilk birinci xanımdır.

44 - Tezliklə