Azərbaycanın BƏƏ-dəki səfirliyi yeni ünvana köçüb

Xarici siyasət
  • 24 iyul, 2017
  • 08:17
Azərbaycanın BƏƏ-dəki səfirliyi yeni ünvana köçüb

Bakı. 24 iyul. REPORT.AZ / Azərbaycanın Birləşmiş Ərəb Əmirliyindəki (BƏƏ) səfirliyi yeni ünvana köçüb.

"Report"un məlumatına görə, bundan sonra səfirlik Əbu-Dabinin Müşrif rayonunda, Dhafra küç. 21/23 ünvanındakı villada fəaliyyət göstərəcək.

Səfirlik yeni məkanda bu həftənin sonundan fəaliyyətə başlayacaq.

Səfirlikdən bildiriblər ki, diplomatik missiyanın yeni ünvana köçürülməsi Azərbaycanın BƏƏ-dəki ticarət nümayəndəsinin və səfir müavininin təyinatı ilə bağlıdır. Belə ki, ştatın genişlənməsi ilə əlaqədar, köhnə binada bütün əməkdaşları yerləşdirmək mümkün olmayıb.

44 - Tezliklə