Azərbaycanın baş konsulu ABŞ-da həlak olmuş hərbçilərin anım mərasimində iştirak edib

Xarici siyasət
  • 30 may, 2023
  • 02:58
Azərbaycanın baş konsulu ABŞ-da həlak olmuş hərbçilərin anım mərasimində iştirak edib

Azərbaycan Respublikasının ABŞ-ın Los-Anceles şəhərindəki baş konsulu Ramil Qurbanov Los-Anceles Milli Qəbiristanlığında həlak olmuş hərbçilərin şərəfinə təşkil edilən müharibə qurbanlarının anım mərasimində iştirak edib.

“Report” xəbər verir ki, baş konsul bu barədə tviterdəki hesabında bildirib.

Mərasimdə Azərbaycan Respublikasının ABŞ-ın Los-Anceles şəhərindəki Baş konsulluğu adından əklillər qoyulub.

“Öz Vətənində sülh uğrunda canından keçən hər kəsə ehtiramla”, - baş konsul qeyd edib.

44 - Tezliklə