Azərbaycanın ABŞ-dakı səfirliyinin fəaliyyətinin 30 ili tamam olur

Xarici siyasət
  • 06 mart, 2022
  • 18:11
Azərbaycanın ABŞ-dakı səfirliyinin fəaliyyətinin 30 ili tamam olur

Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin fəaliyyətinin 30 ili tamam olur.

“Report” xəbər verir ki, 1992-ci ilin bu günü - martın 6-da Azərbaycan Vaşinqtonda səfirlik açıb.

İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il fevralın 28-də qurulub. Azərbaycan-ABŞ diplomatik əlaqələri bu illər ərzində yüksələn xətlə inkişaf edib, bir çox sahələrdə birgə əməkdaşlıq daha da dərinləşib.

ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger daha əvvəl Birləşmiş Ştatların ölkəmizlə əlaqələrdə maraqlı olduğunu qeyd edib. Səfir vurğulayıb ki, iki ölkə təhsil, mədəniyyət və digər sahələrdə layihələrin sayını artırmaq, əlaqələri daha da möhkəmləndirmək niyyətindədir: “ABŞ və Azərbaycan ötən 30 ildə bir çox nailiyyətlər əldə edib və əminik ki, güclü tərəfdaşlar olaraq bundan sonrakı 30 il ərzində daha böyük uğurlara imza atacaqlar”.

Azərbaycan XİN də öz növbəsində rəsmi Bakının ABŞ-la əlaqələrin daha da güclənməsini gözlədiyini bildirib.

44 filmi