Azərbaycanı təhdid edən Okamponu ifşa edən videogörüntülər yayılıb

Xarici siyasət
  • 30 aprel, 2026
  • 12:03
Azərbaycanı təhdid edən Okamponu ifşa edən videogörüntülər yayılıb

BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Okamponun Azərbaycana qarşı insan hüquqları, Azərbaycanın Qarabağ bölgəsində yaşamış ermənilərin guya hüquqlarının pozulması kontekstində hücumlarının əsl səbəbləri bəlli olub.

"Report"un məlumatına görə, Minval Politika-nın əldə etdiyi videogörüntülərdən məlum olur ki, Okampo, onun oğlu Tomas, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə keçmiş ali nümayəndəsi Cozef Borrel bu müstəvidə ABŞ və Avropada erməni diasporunun maliyyə dəstəyi ilə özlərinə biznes qurublar, Aİ-yə təsir mexanizmləri əldə ediblər.

Videogörüntülərin mətnini təqdim edirik:

Luis Moreno Okampo: Əgər mənim bu cür işlərlə məşğul olan bir şirkətim olsa, biz bunları maya dəyərinə edə bilərik. Məsələn, hazırda komandamda çox güclü bir mütəxəssis var - o, vaxtilə Avropa Parlamentinin üzvü olub. O, hüquqi məsləhətçisi idi

Həmsöhbət: Borrell?

Luis Moreno Okampo: Hə, Cozef Borrell. Deməli, bu şəxs indi mənim üçün Avropa Parlamentində çalışır. Və orada - Avropa Parlamentində mən müraciət edə, etiraz edə, birbaşa suallar ünvanlaya və Ursula von der Leyenə təzyiq göstərə bilərəm, beləcə Avropa siyasətinə təsir etmək mümkündür.

… Bundan başqa bir məsələ də ortaya çıxıb - əvvəllər bilmədiyim bir şey. Tamamilə yenidir: Avropa Ədalət Məhkəməsi çərçivəsində Komissiyanı Azərbaycanla bağlanmış müqavilənin ləğvinə məcbur etmək üçün bir iş qaldırılıb. Səbəb isə odur ki, müqavilədə Azərbaycanın insan hüquqlarına riayət etməsini tələb edən bənd var və iddiaya görə bu şərtə əməl olunmur.

Beləliklə, mən özüm üçün yeni bir fəaliyyət sahəsi açmış oluram. Niyə bu məhz indi vacibdir? Çünki Avropa İttifaqı hazırda daha böyük əhəmiyyət daşıyır - Donald Tramp artıq müəyyən mənada, məhdudiyyətləri aradan qaldırır. Biz artıq hazırlanmış bir xətt üzrə irəliləyirik. Təzyiqi artırırıq və mən bunu ABŞ-dakı erməni lobbisi ilə birlikdə edəcəyəm. Beləliklə, biz orada daha real, həyata keçirilə bilən bir istiqamətdə təkan veririk. Mən divarı dağıtmalı deyiləm - qapı artıq açıqdır, biz sadəcə onu açırıq.


Tomas Moreno Okampo (oğlu): Bizim işimiz insanları koordinasiyasını təşkil etmək idi ki, onlara "baxın, görün nələr baş verir" deyib hamını məlumatlandıraq. Nələrin baş verdiyini anlamalarına kömək etmək. Məsələn, bu gün bir görüş oldu. Bu gün aktivistlərlə, iş adamları ilə, bu iş üzərində çalışan insanlarla, ümumilikdə ermənilərlə bağlı vəziyyət üzrə işləyənlərlə görüş var idi, düzdür? Dağlıq Qarabağ erməniləri ilə bağlı. Onlardan biri, gənc bir qadın, sosial media kampaniyasına rəhbərlik edir - çünki Ermənistanda hazırda böyük bir qarışıqlıq var. Seçkilərlə bağlı daxili mübahisələrin olduğu dərin qarışıqlıq. Beləliklə, bizim nail olmalı olduğumuz şey Paşinyanın, Baş nazirin hakimiyyətdən uzaqlaşdırılmasıdır.

Həmsöhbət: Prezidenti?

Tomas Moreno Okampo: Biz onu uzaqlaşdırmalıyıq.

Göründüyü kimi adıçəkilən şəxslərin Azərbaycana qarşı təhdid və təzyiqlərinin əsl səbəbi fundamental insan hüquqları yox, tutduğu vəzifədən, qurduğu əlaqələrdən istifadə edərək dövlətlərarası münasibətlərə neqativ təsir göstərməklə, Avropa İttifaqı, onun parlamenti və digər beynəlxalq qurumlara təsir etməklə sərvət əldə etməkdir.

Azərbaycanı təhdid edən Okamponu ifşa edən videogörüntülər yayılıb