Azərbaycanda ruandalı tələbələrin sayını artırmaq üçün işlər görülə bilər
Xarici siyasət
- 20 sentyabr, 2025
- 16:46
Azərbaycanda ruandalı tələbələrin sayını artırmaq üçün işlər görülə bilər.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Ruanda Prezidenti Pol Kaqamen ilə mətbuata birgə bəyanatı zamanı danışıb.
Azərbaycan Prezidenti vurğulayıb ki, Heydər Əliyev Fondunun Ruandada təhsil proqramlarını dəstəkləmək şansı olub:
"Yeri gəlmişkən düşünürəm ki, bu sahə ikitərəfli münasibətlərimizdə prioritetlərimizdən biri olmalıdır. Mən cənab Prezidentin səfərindən əvvəl bəzi məlumatlara baxdım və gördüm ki, Azərbaycanda Ruandadan cəmi bir tələbə təhsil alır. Hesab edirəm ki, biz tələbələrin sayını artırmaq üçün birgə işləyə bilərik".
Dövlət başçısı bunun Azərbaycanın dövlət təqaüdü çərçivəsində ola biləcəyini bildirib.
Son xəbərlər
10:27
Almaniyalı nazir Ukraynada səfərdədir
Region10:25
Bakıda sanitar qovşaqda yıxılan 72 yaşlı qadın xəstəxanada ölüb
Hadisə10:22
Naxçıvan gömrükçüləri büdcə proqnozunu 108 % icra edib
Maliyyə10:22
Foto
Bakı Arbitraj Mərkəzinin açılışına həsr olunmuş beynəlxalq tədbir keçirilir
Xarici siyasət10:21
Video
"Euronews": Azərbaycan aktiv şəkildə urbanizasiya siyasətini həyata keçirir
Xarici siyasət10:21
"Roma" klubu 14 ildən sonra antirekordunu təkrarlayıb
Futbol10:13
Foto
Azərbaycan GFTN-Tbilisi Maliyyə Sammitində iştirak edib
Maliyyə10:06
Sumqayıt, Xırdalan və Masazırdan Bakıya gələn avtobuslar üçün xüsusi hərəkət zolağı yaradılıb
İnfrastruktur10:06