Azərbaycan XİN ATƏT sədrinin xüsusi nümayəndəsinin regiona səfərinə münasibət bildirib
- 16 avqust, 2023
- 13:40
Yeniliklərdən dərhal xəbərdar olun!
“Hər gün Laçın sərhəd buraxılış məntəqəsindən hər iki istiqamətdə Azərbaycanın onlarla erməni sakini keçir”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə “X”də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin regiona səfərinə münasibət bildirərkən yazıb.
Onun sözlərinə görə, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da sərhəddən keçid prosesi tənzimlənir: "Əgər on gün əvvəl ermənilər tərəfindən razılaşma pozulmasaydı, Ağdam-Xankəndi yolundan istifadə oluna bilərdi".
Qeyd edək ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmaninin şəxsi nümayəndəsi Anjey Kaspşik Ermənistan-Azərbaycan şərti sərhədindəkii vəziyyətlə tanış olmaq məqsədilə sərhədə gələcək. Bu barədə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani bildirib.
Mr. Minister, on a daily basis dozens of Armenian residents of Azerbaijan are passing through the Lachin border checkpoint in both directions.
— Aykhan Hajizada (@Aykhanh) August 16, 2023
Like in any country, the passage through the border in Azerbaijan is well-regulated, and “free passage” is not envisaged anywhere.
1/2 https://t.co/K1Iu9IibTo