Azərbaycan XİN başçısının müavini Ermənistana səfər edəcək

Xarici siyasət
  • 26 iyun, 2018
  • 12:32
Azərbaycan XİN başçısının müavini Ermənistana səfər edəcək
Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev
Report

Bakı. 26 iyun. REPORT.AZ/ İyunun 27-də Ermənistanda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirlərinin 38-ci Şurasının iclasında Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edəcək.

Bu barədə "Report"a Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O əlavə edib ki, əlifba sırası əsasında rotasiya qaydalarına uyğun olaraq, QDİƏT-də sədrlik Azərbaycan Respublikasına keçəcək və nazir müavini Mahmud Məmməd-Quliyev sədrliyi qəbul edəcək.