Azərbaycan XİN başçısının İrana səfər tarixi məlum olub

Xarici siyasət
  • 28 fevral, 2019
  • 06:14
Azərbaycan XİN başçısının İrana səfər tarixi məlum olub

Bakı. 28 fevral. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun İrana səfərinin tarixi məlum olub.

"Report" diplomatik mənbələrə istinadən xəbər verir ki, səfər bu il martın 9-da reallaşacaq.

Bildirilir ki, E.Məmmədyarov Tehranda bir sıra rəsmi görüşlər keçirəcək, o cümlədən iranlı həmkarı Məhəmməd Cavad Zərif ilə görüşəcək.

Xatırladaq ki, "Report" daha əvvəl XİN başçısı Elmar Məmmədyarovun İran tərəfinin dəvəti ilə martın ilk ongünlüyündə İrana səfər edəcəyini xəbər vermişdi.

44 - Tezliklə