Azərbaycan xarici işlər nazirinin müavini ATƏT-in Daimi Şurasının iclasında çıxış edəcək

Xarici siyasət
  • 10 fevral, 2016
  • 05:14
Azərbaycan xarici işlər nazirinin müavini ATƏT-in Daimi Şurasının iclasında çıxış edəcək

Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov ATƏT-in Daimi Şurasının Vyanada keçiriləcək iclasında iştirak edəcək.

Diplomatik mənbələrdən "Report"a verilən məlumata görə, A.Əzimov fevralın 11-də iclasda çıxış edəcək.

İclasda Dağlıq Qarabağ münaqışəsinin həllinin hazırkı vəziyyəti müzakirə olunacaq.

Daimi Şura ATƏT-in qərarların qəbulu üzrə əsas daimi fəaliyyət göstərən orqanıdır. Şura hər həftə Vyanada bir araya gəlir və müvafiq qərarlar qəbul etmək üçün ATƏT məkanında mövcud vəziyyəti müzakirə edir.