Azərbaycan və Türkiyə səfirləri Özbəkistanda əməkdaşlığın inkişafını müzakirə ediblər
- 06 avqust, 2026
- 13:06
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov ilk nəzakət görüşünü Türkiyənin Daşkənddəki səfiri Ufuk Ulutaş ilə keçirib.
"Report" xəbər verir ki, bu barədə Rəşad Məmmədov "X" sosial media hesabında paylaşım edib.
Bildirilib ki, görüş zamanı Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı və qardaşlıq münasibətlərinin Özbəkistanla çoxtərəfli əməkdaşlıq kontekstində əhəmiyyəti vurğulanmış, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər diplomatik nümayəndəliklər arasında əməkdaşlığın davam etdirilməsi və qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsi niyyətini ifadə ediblər.
Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Rəşad Məmmədov ilk nəzakət görüşünü Türkiyə Respublikasının Özbəkistan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Ufuk Ulutaş ilə keçirmişdir. Görüş zamanı Azərbaycan–Türkiyə strateji… pic.twitter.com/uprlw6WO0o
— Dr. Rashad Mammadov (@R_Eynaddinoglu) August 6, 2026