Azərbaycan və Serbiya prezidentlərinin müzakirə etdiyi məsələlər açıqlanıb

Xarici siyasət
  • 23 noyabr, 2022
  • 12:08
Azərbaycan və Serbiya prezidentlərinin müzakirə etdiyi məsələlər açıqlanıb

Azərbaycan və Serbiya prezidentlərinin müzakirə etdiyi məsələlər açıqlanıb.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Belqradda mətbuata bəyanatında bildirib.

"Bu gün ikitərəfli formatda bir çox beynəlxalq məsələlərə də toxunduq. Eyni zamanda regional təhlükəsizlik məsələlərini müzakirə etdik. Mənim dostum Aleksandar (Serbiya Prezidenti Aleksandar Vuçiç - red.) dediyi kimi, energetika sahəsindəki əməkdaşlığı müzakirə etdik və bu gün bu müzakirələr davam edəcək. Təbii qaz, elektrik enerjisi sahəsində əməkdaşlıq üçün yeni imkanlar var", - Prezident qeyd edib.

44 filmi