Azərbaycan və Rusiya XİN-ləri arasında 2021-2022-ci illər üçün məsləhətləşmələr Planı imzalanıb

Xarici siyasət
  • 11 may, 2021
  • 09:02
Azərbaycan və Rusiya XİN-ləri arasında 2021-2022-ci illər üçün məsləhətləşmələr Planı imzalanıb
Sergey Lavrov və Ceyhun Bayramov

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) ilə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi arasında 2021-2022-ci illər üçün məsləhətləşmələr Planı imzalanıb.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Sənəd Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və rusiyalı həmkarı Sergey Lavrov tərəfindən imzalanıb.