Azərbaycan və Rusiya dekabrda parlamentlərarası əməkdaşlıq komissiyasının iclasını keçirəcək

Xarici siyasət
  • 17 iyul, 2026
  • 15:43
Azərbaycan və Rusiya dekabrda parlamentlərarası əməkdaşlıq komissiyasının iclasını keçirəcək

Azərbaycan Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi arasında Parlamentlərarası Əməkdaşlıq Komissiyasının növbəti, 25-ci iclası 2026-cı ilin dekabrında Moskvada keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Rusiya XİN-in rəhbəri Sergey Lavrov bu gün Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqların yekunlarına əsasən bildirib.

Onun sözlərinə görə, komissiyanın əvvəlki iclası 2026-cı ilin iyununda Bakıda baş tutub.

"Hökumətlərarası əlaqələrin, o cümlədən ölkələrimizin hökumət sədrləri səviyyəsində dinamik inkişafını, fəal parlamentlərarası dialoqu alqışladıq. İyunun 18-də Bakıda Parlamentlərarası komissiyanın növbəti iclası keçirilib və onun 25-ci yubiley iclası bu ilin dekabrında Moskvada keçiriləcək".

44 filmi