Azərbaycan və Özbəkistan QHT-ləri üçün birgə qrant müsabiqəsi elan ediləcək

Xarici siyasət
  • 24 noyabr, 2025
  • 11:41
Azərbaycan və Özbəkistan QHT-ləri üçün birgə qrant müsabiqəsi elan ediləcək

Hazırda Özbəkistanla birgə qrant müsabiqəsinin elan olunması üçün son hazırlıqlar aparılır.

"Report" xəbər verir ki, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrinin qeyri-hökumət təşkilatlarının (QHT) Bakıda keçirilən Həmrəylik Forumunda deyib.

Onun sözlərinə görə, Azərbaycan və Özbəkistan QHT-ləri üçün birgə qrant müsabiqəsi elan ediləcək: "Agentlik artıq Özbəkistanın Milli Assambleyası, parlament komissiyası və Yüksəliş Fondu ilə əməkdaşlıq memorandumu imzalayıb".

A.Əliyeva onu da qeyd edib ki, qarşıdakı illərdə reallığa çevriləcək Zəngəzur dəhlizi Türk xalqlarının canlı körpüsü olacaq: "Türk birliyinə gedən yol yalnız dövlətlərin iradəsindən deyil, həm də xalqların bir-birinə olan münasibətindən asılıdır. Bu baxımdan, agentliyimiz Türk dövlətləri ilə əməkdaşlıq istiqamətində analoji qurumlarla əlaqələrə böyük önəm verir".

Son xəbərlər

Bütün Xəbər Lenti