Azərbaycan və Moldova XİN-ləri arasında Məsləhətləşmələr Planı imzalanıb - YENİLƏNİB

Xarici siyasət
  • 06 mart, 2026
  • 12:05
Azərbaycan və Moldova XİN-ləri arasında Məsləhətləşmələr Planı imzalanıb - YENİLƏNİB

Azərbaycan və Moldova Xarici İşlər nazirlikləri (XİN) arasında 2026–2027-ci illər üçün Məsləhətləşmələr Planı imzalanıb.

"Report" xəbər verir ki, sənədi Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və onun moldovalı həmkarı Mixay Popşoi imzalayıb.

Sənəd iki ölkə arasında siyasi dialoqun gücləndirilməsi, ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan–Moldova tərəfdaşlığının inkişaf etdirilməsi öhdəliyinin bir daha təsdiqi kimi qiymətləndirilir.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Moldovanın Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi arasında görüş başlayıb.

"Report" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat verilib.