Azərbaycan və Kipr XİN başçıları regional vəziyyəti müzakirə edib

Xarici siyasət
  • 04 dekabr, 2025
  • 20:19
Azərbaycan və Kipr XİN başçıları regional vəziyyəti müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vyanada keçirilən ATƏT-in 32-ci Nazirlər Şurası iclasının çərçivəsində Kiprin xarici işlər naziri Konstantinos Kombos ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, görüşdə 2026-cı ilin birinci yarısında Kiprin Avropa İttifaqı Şurasına sədrliyi ilə bağlı planlar, eləcə də daha geniş regional vəziyyət müzakirə olunub.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.