Azərbaycan və Gürcüstanın polis akademiyaları arasında Anlaşma Memorandumu imzalanıb

Xarici siyasət
  • 24 noyabr, 2026
  • 11:46
Azərbaycan və Gürcüstanın polis akademiyaları arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Gürcüstanın polis akademiyaları arasında əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Sənəd Gürcüstan DİN-in İctimai Təhlükəsizlik və Polis Akademiyası ilə Azərbaycan DİN-in Polis Akademiyası arasında imzalanıb.

Memorandum akademiyalar arasında birgə təhsil və peşə təşəbbüslərinin həyata keçirilməsini, qabaqcıl təcrübələrin mübadiləsini, həmçinin təhsil və peşə hazırlığı sahəsində tərəfdaşlığın gücləndirilməsini nəzərdə tutur.