Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüş yeri məlum olub

Xarici siyasət
  • 26 fevral, 2024
  • 12:43
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüş yeri məlum olub

Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan Almaniyanın paytaxtı Berlində görüşəcəklər.

“Report”un TASS-a istinadən verdiyi xəbərə əsasən, bunu Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan bildirib.

Onun sözlərinə görə, görüş fevralın 28-29-da baş tutacaq.

“Görüş haqqında razılaşma Münxendə üçtərəfli görüş zamanı əldə edilib”, - o deyib.

Xatırladaq ki, bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib ki, bu yaxınlarda Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında sülh sazişinin müzakirəsi ilə bağlı görüş keçiriləcək.