Azərbaycan Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə Anlaşma Memorandumunu təsdiqləyib

Xarici siyasət
  • 30 iyul, 2018
  • 14:59
Azərbaycan Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə Anlaşma Memorandumunu təsdiqləyib
İlham Əliyev

Bakı. 30 iyul. REPORT.AZ/ Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” fərman imzalayıb.

“Report” xəbər verir ki, sənədlə Azərbaycan Respublikası Hökuməti ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında 2018-ci il iyunun 5-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilib.

44 filmi