Azərbaycan-Türkiyə Beyin Mərkəzlərinin Birinci Şuşa Forumu keçirilir
Xarici siyasət
- 24 noyabr, 2025
- 09:33
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə Azərbaycan-Türkiyə Beyin Mərkəzlərinin Birinci Şuşa Forumu keçirilir.
"Report"un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, forumda iki ölkənin aparıcı analitik qurumlarının rəhbərləri, tədqiqatçılar iştirak edirlər.
Tədbir çərçivəsində regional təhlükəsizlik, xarici siyasət, iqtisadi inteqrasiya, nəqliyyat-kommunikasiya və enerji sahələrində əməkdaşlıq perspektivləri əsas müzakirə mövzuları olacaq.
Qeyd edək ki, Birinci Şuşa Forumu Azərbaycan və Türkiyə beyin mərkəzləri arasında institusional tərəfdaşlığın möhkəmlənməsi, ortaq elmi-analitik platformaların yaradılması və gələcək strateji təşəbbüslərin koordinasiyası baxımından əhəmiyyət kəsb edir.
Son xəbərlər
14:50
Nazir müavini: "İngilis dilinin tədrisində keyfiyyətin artırılması əsas hədəflərdən biridir"
İnfrastruktur14:48
Koşta: Aİ-nin vahid mövqeyi Ukrayna və Avropa üçün uğurlu sülh danışıqlarının açarıdır
Digər ölkələr14:45
"NETTY 2025" nominantları müəyyən edir, səsvermə başlayıb
İKT14:44
Gürcüstan QDİƏT PA-nın sədri seçilib
Region14:36
Bakıda soyğunçuluq və narkokuryerlikdə şübhəli bilinən şəxslər saxlanılıb
Digər14:35
Azərbaycan meşə örtüyünü artırmaqla kənd təsərrüfatında emissiyaları sabitləşdirməyi planlaşdırır
ASK14:34
Şahbuzda gölməçədə 3 nəfərin boğularaq ölmələri ilə bağlı cinayət işi məhkəməyə göndərilib
Hadisə14:32
Foto
Növbəti köç karvanı Zəngilanın Məmmədbəyli kəndinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB
Daxili siyasət14:32