Azərbaycan-Tacikistan münasibətlərinin cari vəziyyəti müzakirə olunub
- 08 may, 2026
- 05:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əsgərov bu ölkənin Soqd vilayətinin rəhbəri Rəcəbboy Əhmədzoda və Xücənd şəhərinin meri Firdavs Şərifzoda ilə görüşüb.
"Report" xəbər verir ki, Ə. Əsgərov bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
"Soqd vilayətinin rəhbəri Rəcəbboy Əhmədzoda və Xücənd şəhərinin meri Firdavs Şərifzoda ilə görüşdən məmnun oldum", - o qeyd edib və bildirib ki, ikitərəfli münasibətlərin inkişafının cari vəziyyəti və perspektivlərini müzakirə olunub:
"Görüş zamanı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ətrafında fikir mübadiləsi aparılıb".
Honored to meet with the Chairman of the #Sughd🇹🇯 province, Rajabboy Ahmadzoda & Mayor of the #Khujand city, Firdavs Sharifozda.
— Dr. Alimirzamin Askerov (@alimirzamin) May 7, 2026
Discussed current state and prospects for the development of bilateral relations.#WUF13 was high on the agenda during the meeting.#WUF13Azerbaijan pic.twitter.com/F4Cq8c8kEK