Azərbaycan Şuşanı siyasi-diplomatik mərkəzə çevirir - RƏY

Xarici siyasət
  • 18 sentyabr, 2025
  • 13:18
Azərbaycan Şuşanı siyasi-diplomatik mərkəzə çevirir - RƏY

Azərbaycan dövləti Şuşanı siyasi-diplomatik mərkəzə çevirir.

Bunu "Report"a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov deyib.

Onun sözlərinə görə, son dövrlər diqqətçəkən məsələlərdən biri Azərbaycana gələn ali qonaqların paytaxtdan daha çox, Şuşada qarşılanmasıdır:

"Həmçinin regional və beynəlxalq tədbirlər də Şuşada və ya Xankəndidə keçirilir. Bu, özlüyündə çox əlamətdar və vacib məsələdir. Çünki bu qarşılanma və qəbullar onu deməyə əsas verir ki, Azərbaycan dövləti artıq Şuşanın, Qarabağın Azərbaycanın ayrılmaz bir parçası olduğunu dünyaya göstərir".

Samir Hümbətov

Ekspert hesab edir ki, Türkiyədə İstanbul, İsveçrədə Davos, Almaniyada Münxen paytaxtla yanaşı önəm daşıdığı kimi, Azərbaycanda da Şuşa belə böyük əhəmiyyət kəsb edən bir şəhərdir:

"Şuşanın siyasi və strateji önəmi artır. Orada keçirilən tədbirlər xüsusi əhəmiyyət və maraq kəsb edəcək. O baxımdan düşünürəm ki, Azərbaycan Prezidentinin bütün protokol qaydalarına uyğun olaraq dövlət və hökumət başçılarını Şuşada qarşılaması, eyni zamanda, beynəlxalq və regional təşkilatların tədbirlərinin orada keçirilməsi dövlətimizin Qarabağa verdiyi önəmdir. Bu, dövlət başçısının "Bakı nə qədər önəmlidirsə, Şuşa da bir o qədər önəmlidir" mesajının ötürülməsidir".

Son xəbərlər

Bütün Xəbər Lenti