Azərbaycan səfiri etimadnaməsinin surətini Perunun XİN rəsmisinə təqdim edib
- 12 iyun, 2026
- 09:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın Perudakı səfiri Seymur Fətəliyev etimadnaməsinin surətini bu ölkənin Xarici İşlər Nazirliyinin Dövlət Protokolu və Mərasimlər idarəsinin rəisi Eduardo Migel Hilarion Peres del Solar Marsenaroya təqdim edib.
"Report" xəbər verir ki, bu barədə məlumat səfirliyin "X" sosial şəbəkəsində yerləşdirilib.
Qeyd edək ki, Seymur Fətəliyev ötən ilin oktyabrın 27-də Azərbaycanın Meksika Birləşmiş Ştatlarında səfiri vəzifəsinə təyin edilib.
📸Bu səhər Peru Xarici İşlər Nazirliyinin Dövlət Protokolu və Mərasimlər idarəsinin rəisi Eduardo Migel Hilarion Peres del Solar Marsenaro, Azərbaycan Respublikasının Peruya təyin olunmuş Səfiri Seymur Fətəliyevin etimadnaməsinin surətini qəbul etdi.
— Embajada de Azerbaiyán en Perú (@AzDipPeru) June 12, 2026
🇵🇪🤝🇦🇿
📸Esta mañana, el… pic.twitter.com/YiuXnXPwAV