Azərbaycan səfiri etimadnaməsini Paraqvay prezidentinə təqdim edib

Xarici siyasət
  • 03 oktyabr, 2017
  • 05:56
Azərbaycan səfiri etimadnaməsini Paraqvay prezidentinə təqdim edib
Report

Bakı. 3 oktyabr. REPORT.AZ/ Azərbaycanın Argentina və Paraqvaydakı səfiri Rəşad Aslanov etimadnaməsini Paraqvay prezidenti Orasio Kartesə təqdim edib

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, etimadnamənin təqdim olunması mərasimi əsnasında keçirilən görüşdə səfir R.Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Paraqvayın dövlət başçısına çatdırıb.

O.Kartes də öz növbəsində onun salamlarının və ən xoş arzularının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.

Görüşdə səfir R.Aslanov Prezident O.Kartesə Azərbaycan haqqında ətraflı məlumat verib. Görüşdə Azərbaycan və Paraqvay arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Prezident O.Kartes səfir R.Aslanova diplomatik fəaliyyətində uğurlar arzu edib.

44 - Tezliklə