Azərbaycan səfiri etimadnaməsini Boliviya prezidentinə təqdim edib

Xarici siyasət
  • 05 oktyabr, 2017
  • 06:04
Azərbaycan səfiri etimadnaməsini Boliviya prezidentinə təqdim edib
Mfa.gov.az

Bakı. 5 oktyabr. REPORT.AZ/ Azərbaycanın Argentina, eyni zamanda Boliviya Çoxmillətli Dövlətindəki səfiri Rəşad Aslanov etimadnaməsini Boliviya Prezidenti Evo Morales Aymaya təqdim edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, etimadnamənin təqdim olunması mərasimi əsnasında keçirilən görüşdə səfir R.Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Boliviyanın dövlət başçısına çatdırıb.

Prezident E.Morales də öz növbəsində onun salamlarının və ən xoş arzularının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.

R.Aslanov Boliviyanın dövlət başçısına Azərbaycan haqqında ətraflı məlumat verib. Görüşdə Azərbaycan və Boliviya arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Prezident E.Morales səfir R.Aslanova diplomatik fəaliyyətində uğurlar arzu edib.

44 - Tezliklə