Azərbaycan səfiri BMT rəsmisi ilə Əfqanıstan üzrə Məskunlaşma Proqramının fəaliyyətini müzakirə edib

Xarici siyasət
  • 02 mart, 2025
  • 20:11
Azərbaycan səfiri BMT rəsmisi ilə Əfqanıstan üzrə Məskunlaşma Proqramının fəaliyyətini müzakirə edib

Azərbaycanın Əfqanıstandakı səfiri İlham Məmmədov BMT-nin Əfqanıstan üzrə Məskunlaşma Proqramının (UN-Habitat) başçısı Stefani Luzla dünya təşkilatının missiyasının fəaliyyətini müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə BMT nümayəndəsi sosial şəbəkədə yazıb.

“Səfirlə UN-Habitat işi ilə bağlı maraqlı və ilhamverici fikir mübadiləsinə görə təşəkkür edirəm. Daha çoxunu gözləyirik – diqqətimiz 2026-cı ildə Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumundadır”, – Luz qeyd edib.

44 filmi