Azərbaycan Prezidenti seçkiləri üzrə Ukrayna və Moldovada qeydiyyata alınan seçicilərin sayı açıqlanıb

Xarici siyasət
  • 06 fevral, 2024
  • 09:31
Azərbaycan Prezidenti seçkiləri üzrə Ukrayna və Moldovada qeydiyyata alınan seçicilərin sayı açıqlanıb

Növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə Ukrayna və Moldovada qeydiyyata alınan seçicilərin sayı bəlli olub.

Azərbaycanın adıçəkilən ölkələrdəki səfirliklərindən "Report"un Şərqi Avropa bürosunun sorğusuna cavab olaraq bildirilib ki, Ukraynada 600, Moldovada 100 Azərbaycan vətəndaşı olan seçici qeydiyyatdadır.

Azərbaycanın hər iki ölkənin paytaxtı - Kiyev və Kişineudakı səfirliklərində seçki məntəqələri yaradılıb.

Seçicilər sabah - fevralın 7-də müvafiq olaraq məntəqələrdə səs verə biləcəklər.

Səsvermə həmin ölkələrdə yerli vaxtla 08:00-dan 19:00-a qədər keçiriləcək.