Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanda səfərdədir

Xarici siyasət
  • 08 noyabr, 2023
  • 15:53
Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanda səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında iştirak etmək üçün noyabrın 8-də Özbəkistana səfərə gedib.

"Report" xəbər verir ki, Daşkənd Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidentini Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşıladılar.