Azərbaycan Prezidenti İlham Əliyevin “Total” şirkətinin prezidenti ilə görüşü olub

Xarici siyasət
  • 13 mart, 2017
  • 15:11
Azərbaycan Prezidenti İlham Əliyevin “Total” şirkətinin prezidenti ilə görüşü olub
AZƏRTAC

Bakı. 13 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyevin martın 13-də Parisdə “Total” şirkətinin prezidenti Patrik Puyane ilə görüşü olub.

"Report" xəbər verir ki, Patrik Puyane Azərbaycanda gedən inkişaf proseslərinin maraqla qarşılandığını deyib, Bakının gözəl şəhərlərdən birinə çevrildiyini vurğulayıb.

Söhbət zamanı SOCAR ilə “Total” arasında əlaqələrin inkişafı, “Abşeron” yatağının işlənilməsi, “Ümid”, “Babək” qaz-kondensat yataqları üzrə əməkdaşlıq və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.