Azərbaycan prezidenti estoniyalı həmkarını təbrik etdi

Xarici siyasət
  • 22 fevral, 2020
  • 13:04
Azərbaycan prezidenti estoniyalı həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Estoniya Prezidenti Kersti Kalyulayda ölkəsinin milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev estoniyalı həmkarına möhkəm cansağlığı, işlərində uğurlar, dost Estoniya xalqına əmin-amanlıq və firavanlıq diləyib.