Azərbaycan Prezidenti Davosda ABŞ-ın “Carlyle Group” şirkətinin həmtəsisçisi və icraçı direktoru ilə görüşüb - YENİLƏNİB

Xarici siyasət
  • 24 yanvar, 2018
  • 08:00
Azərbaycan Prezidenti Davosda ABŞ-ın “Carlyle Group” şirkətinin həmtəsisçisi və icraçı direktoru ilə görüşüb - YENİLƏNİB
President.az

Bakı. 24 yanvar. REPORT.AZ/ "Report" Azərbaycan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan Dövlət Neft Fondu ilə “Carlyle Group” arasında əməkdaşlığın yüksək səviyyədə olduğu bildirilib, əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.


*** 11:06

Bakı. 24 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 24-də Davosda ABŞ-ın “Carlyle Group” şirkətinin həmtəsisçisi və icraçı direktoru Devid Rubinşteyn ilə görüşü olub.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.