​Azərbaycan Prezidenti AŞPA-nın siyasi işlər və demokratiya komitəsinin məruzəçisini qəbul edib

Xarici siyasət
  • 13 mart, 2015
  • 09:44
​Azərbaycan Prezidenti AŞPA-nın siyasi işlər və demokratiya komitəsinin məruzəçisini qəbul edib

Bakı. 13 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Avropa Şurası Parlament Assambleyasının siyasi işlər və demokratiya komitəsinin məruzəçisi Robert Uolteri qəbul edib. “Report” xəbər verir ki, görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi və münaqişənin nizama salınması perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.