XİN başçısı: "Azərbaycan, Özbəkistan və Türkiyə tərəfdaşlığın gələcək yollarını müəyyən edir"
- 02 avqust, 2022
- 08:41
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azərbaycan, Özbəkistan və Türkiyə qardaşlıq və tərəfdaşlığın möhkəmləndirilməsinin gələcək yollarını müəyyən edir”.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tviterdə yazıb.
“Həmkarlarım - Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ilə Daşkənddə keçirilən Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər, ticarət, iqtisadiyyat və nəqliyyat nazirlərinin 1-ci üçtərəfli görüşündə iştirak edirik. Azərbaycan, Özbəkistan və Türkiyə qardaşlıq və tərəfdaşlığın möhkəmləndirilməsinin gələcək yollarını müəyyən edirik”, - paylaşımda deyilir.
Participating at the 1st Trilateral Meeting of Ministers of Foreign Affairs, Trade/Economy & Transport of #Azerbaijan, #Türkiye, #Uzbekistan in Tashkent with colleagues @MikayilJabbarov & @RashadNNabiyev.
— Jeyhun Bayramov (@bayramov_jeyhun) August 2, 2022
Identifying further ways to reinforce brotherhood & partnership. pic.twitter.com/7yQQUIXITK