Azərbaycan Ombudsmanı və BMT koordinatoru gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Xarici siyasət
  • 07 oktyabr, 2021
  • 15:06
Azərbaycan Ombudsmanı və BMT koordinatoru gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Bu gün Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva BMT-nin ölkəmizdəki ofisinin rezident əlaqələndiricisi Vladanka Andreeva ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Ombudsmanın rəsmi tviter səhifəsində bildirilib.

"Tərəflər gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər", - paylaşımda deyilir.