Azərbaycan nümayəndə heyəti Parisdə keçiriləcək parlament konfransında iştirak edəcək
- 02 iyun, 2015
- 12:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 2 iyun. REPORT.AZ/ İyunun 4-dən 5-dək Parisdə "Azad seçki hüququnun həyata keçirilməsi: seçki qanunvericiliyinin tətbiqində çağırışlar və Avropa Şurası standartlarına əməl edilməsi" mövzusunda parlament konfransı keçiriləcək.
Milli Məclisdən "Report"a verilən xəbərə görə, konfransda parlament sədrinin müavini Bahar Muradovanın başçılıq etdiyi parlament nümayəndə heyəti iştirak edəcək.
Nümayəndə heyətinə deputatlardan Azay Quliyev, Asim Mollazadə və Sahibə Qafarova daxildir.
AŞPA-nın təşkilatçılığı ilə keçiriləcək iclasda seçki kampaniyaları və inzibati resurslardan istifadə, seçki siyahılarında qeyri-dəqiqliklər və xaricdə yaşayan vətəndaşların səsverməsində çətinliklər, seçki komissiyalarının fəaliyyəti və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Konfransda Milli Məclisin deputatları çıxış edəcək, müzakirə olunacaq məsələlərə münasibət bildirəcəklər.