Azərbaycan nümayəndə heyəti ABŞ-nin beyin mərkəzlərinin təmsilçiləri ilə dəyirmi masada iştirak edib

Xarici siyasət
  • 21 noyabr, 2025
  • 07:16
Azərbaycan nümayəndə heyəti ABŞ-nin beyin mərkəzlərinin təmsilçiləri ilə dəyirmi masada iştirak edib

ABŞ-nin "Hudson" İnstitutunda Vaşinqtonda səfərdə olan Azərbaycan parlamentinin, Xarici İşlər Nazirliyinin, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və yəhudi icmasının təmsilçilərindən ibarət nümayəndə heyəti ilə dəyirmi masa keçirilib.

"Report"un ABŞ bürosu xəbər verir ki, institutun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzi tərəfindən təşkil olunmuş dəyirmi masada ABŞ beyin mərkəzlərinin təmsilçiləri də iştirak edib.

Dəyirmi masada çıxış edən mərkəzin direktoru Mayk Doran Azərbaycanın yerləşdiyi mürəkkəb coğrafi mövqeyi qeyd edərək Azərbaycanın prioritetlərinin ABŞ-nin maraqlarına uyğun olduğunu deyib. O bildirib ki, Azərbaycan həm də Mərkəzi Asiya dövlətləri üçün Avropaya açılan qapıdır. Onun fikrincə, Azərbaycanın bu istiqamətdə oynadığı rol barədə daha çox danışılmalıdır.

Nümayəndə heyətinin rəhbəri, Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, artıq regionda yeni reallıqlar formalaşıb və Azərbaycan suverenliyini və ərazi bütövlüyünü bərpa etməklə yeni tarixi səhifə açıb.

O, 8 avqustda Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında Vaşinqtonda keçirilən üçtərəfli görüşün böyük bir tarixi fürsət yaratdığını deyib.

Milli Məclisin üzvü Nigar Arpadarai hələ də masada 907-ci düzəliş kimi bir neçə sənədin olduğunu və ABŞ ilə bu məsələnin həlli istiqamətində müzakirələr aparıldığını diqqətə çatdırıb.

Daha sonra nümayəndə heyətinin digər üzvləri - Milli Məclisin deputatları Tural Gəncəli, Anatoli Rafailov, Xarici İşlər Nazirliyinin nümayəndəsi Jalə İbrahimova, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Vasif Hüseynov, Azərbaycan Yəhudi İcmasının üzvü Zamir İsayev Azərbaycanın region ölkələri, o cümlədən Türkiyə ilə müttəfiqlik əlaqələri, Mərkəzi Asiya ilə əlaqələrin inkişafında rolu, TRIPP layihəsi və regionun iqtisadi potensialının gücləndirilməsi üçün atılan addımlar, ABŞ ilə münasibətlər barədə danışıb və sualları cavablandırıblar.

Son xəbərlər

Bütün Xəbər Lenti