Azərbaycan Mərakeşdə fəxri ölkə seçilib
- 05 avqust, 2026
- 19:03
Azərbaycan Dünya Mərakeşlilərinin 2-ci Beynəlxalq Görüşündə fəxri ölkə seçilib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov "X" sosial şəbəkə hesabında yazıb.
Qeyd olunub ki, Azərbaycan Laraş şəhərində təşkil olunmuş Dünya Mərakeşlilərinin 2-ci Beynəlxalq Görüşündə iştirak edib:
"Səfirliyin müvəqqəti işlər vəkili Tural Rəsulov Azərbaycan ilə Mərakeş arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin mükəmməlliyini, həmçinin xalqların yaxınlaşmasında, beynəlxalq mübadilələrin inkişafında diasporların əsas rolunu vurğulayıb".
L'Ambassade de la République d'Azerbaïdjan au Royaume du Maroc a eu l'honneur de participer à la 2ème Rencontre Internationale des Marocains du Monde, organisée à Larache du 2 au 4 août 2026, où l'Azerbaïdjan a été désigné pays d'honneur de cette édition.
— Nazim Samadov (@NazimSamadov) August 5, 2026
À cette occasion, le… pic.twitter.com/RXxjHT75nG