Azərbaycan-Gürcüstan sərhəd komissiyasının həmsədrinə yeni vəzifə verilib

Xarici siyasət
  • 09 iyun, 2021
  • 10:46
Azərbaycan-Gürcüstan sərhəd komissiyasının həmsədrinə yeni vəzifə verilib

Azərbaycan-Gürcüstan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiyanın həmsədri Laşa Darsaliya Gürcüstan xarici işlər nazirinin I müavini təyin olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

L.Darsaliya 2018-ci ildən XİN başçısının müavini idi. Onun yerinə 1998-ci ildən diplomatik xidmətdə müxtəlif vəzifələrdə çalışmış Teymuraz Cancaliya təyinat alıb.