Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos Azərbaycana gələcək

Xarici siyasət
  • 17 sentyabr, 2025
  • 16:07
Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos Azərbaycana gələcək

Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos sentyabrın 18-də Bakıda olacaq.

Bu barədə "Report"a Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyindən bildirilib. 

Qeyd edilib ki, səfər Azərbaycan-Ermənistan sülh prosesinin həlledici məqamına təsadüf edir və regional inkişafa konkret töhfə olaraq Aİ-nin Regionlararası Əlaqələr Gündəliyini təqdim etmək imkanı yaradacaq.

Diqqətə çatdırılıb ki, komissar Azərbaycan hökuməti ilə ortaq strateji maraqları, o cümlədən enerji, nəqliyyat və minalar əleyhinə mübarizə məsələlərini müzakirə edəcək. Marta Kos, eyni zamanda, Azərbaycanda yüksək səviyyəli rəsmilərlə görüşlər keçirəcək. 

Komissar Ağdama da səfər edəcək və orada minatəmizləmə fəaliyyəti ilə məşğul olan nümayəndələrlə görüşəcək.

44 filmi