​Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Xarici siyasət
  • 21 iyul, 2015
  • 15:05
​Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Bakı. 21 iyul. REPORT.AZ/ Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk iyulun 21-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

"Report"un məlumatına görə, Avropa İttifaqının bayrağının və Azərbaycan Respublikasının dövlət bayrağının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusku Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

D.Tusk birgünlük səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, partiya təmsilçiləri və digər şəxslərlə görüşəcək. 

Qeyd edək ki, indiyədək Avropa İttifaqı Şurasının prezident Ermənistan və Gürcüstana səfər edib.