Zbiqnev Rau: “Regionda təhlükəsizlik vəziyyəti hələ də kövrək olaraq qalır”

Xarici siyasət
  • 31 mart, 2022
  • 09:35
Zbiqnev Rau: “Regionda təhlükəsizlik vəziyyəti hələ də kövrək olaraq qalır”
Zbiqnev Rau

“Bakıya əsasən ATƏT-in fəaliyyətdə olan sədri qismində gəlmişəm. Amma onu da vurğulayım ki, Polşanın Azərbaycanla çox sağlam ikitərəfli münasibətləri var”.

“Report”un xəbərinə görə, Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.

“Regionda təhlükəsizlik vəziyyətinin hələ də kövrək olaraq qalmasından narahatıq. ATƏT üçün etimadın artırılması çox önəmlidir”, - o vurğulayıb.