ATƏT PA Prezidenti: Cənubi Qafqazın Qərb və Şərq arasında qovşaq olma imkanı var
- 11 sentyabr, 2025
- 15:45

Cənubi Qafqazın Qərb və Şərq arasında qovşaq olma imkanı var.
Bu barədə "Report"a müsahibəsində ATƏT Parlament Assambleyasının Prezidenti Pere Xuan Pons Sampyetro (Pere Joan Pons Sampietro) danışıb.
O, Cənubi Qafqazı açar region hesab etdiyini bildirib:
"ATƏT PA-nın Prezidenti kimi fəaliyyətə başlamağımdan qısa müddət keçməsinə baxmayaraq, mənim üçün Mərkəzi Asiya və Cənubi Qafqaz regionları əsasdır. Ancaq bu, təkcə prezident olduğuma görə belə deyil. Hesab edirəm ki, siz, həqiqətən də, açar bir regionsunuz. XXI əsrin əvvəllərində bu regionla (Cənubi Qafqaz -müəl.) bağlı fəaliyyət göstərmişəm, ona görə də düşünürəm ki, sizin Qərb və Şərq arasında bir növ qovşaq olmaq imkanınız var".
Prezidentin sözlərinə görə, region ölkələrinin bunu logistik, iqtisadi səmərəlilik və digər məsələlər baxımından birlikdə etməsi, daha faydalı olar:
"Səbəb, əvvəldə də qeyd etdiyim kimi, sizin Şərq-Qərb, Şimal-Cənub arasında körpü rolunu oynamağınızdır".
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.