ATƏT-in xarici işlər nazirlərinin iclası dekabrın 6-7-də Milanda keçiriləcək

Xarici siyasət
  • 08 oktyabr, 2018
  • 12:12
ATƏT-in xarici işlər nazirlərinin iclası dekabrın 6-7-də Milanda keçiriləcək

Bakı. 8 oktyabr. REPORT.AZ/ Bu il Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası dekabrın 6-7-də İtaliyanın Milan şəhərində keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Entso Moavero-Milanezi bu gün Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla keçirdiyi birgə mətbuat konfransında məlumat verib.

"İtaliyanın ilin sonunadək ATƏT sədri postunu tutduğunu nəzərə alaraq, Lavrovla nazirlərin görüşünün dekabrın 6-7-də Milanda keçirilməsini müzakirə etdik. Görüşdə iştirak edəcəyini təsdiq etdiyinə görə Lavrova təşəkkür edirəm", - E.Moavero-Milanezi deyib.