ATƏT DTİHB missiyası seçkilərin ilkin qiymətləndirilməsini sabah açıqlayacaq
- 09 fevral, 2020
- 07:45
Yeniliklərdən dərhal xəbərdar olun!
“Parlament seçkilərinin keçirilməsi prosesini qiymətləndirmə mərhələsindəyik”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTHİB) müşahidə missiyasının rəhbəri Piter Teyler deyib.
“Seçkilərin ilkin qiymətləndirilməsini sabah açıqlayacağıq. Seçki öncəsi prosesi, seçkilərin özünü və seçkidən sonrakı dövrü müşahidə etdiyimizi anlamaq vacibdir”, - o bildirib.
Missiya rəhbəri xatırladıb ki, ATƏT DTİHB-nin uzunmüddətli missiyası yanvarın 6-dan Azərbaycanda işinə başlayıb. 13 missiya qrupu seçki prosesinə hazırlığı izləyib: “Bir neçə gün əvvəl qısamüddətli müşahidəçilər də ölkəyə gəlib. Beləliklə, 117 komanda ilə seçkiləri müşahidə edirik. ATƏT regionundan da 80-ə yaxın parlamentari var. Odur ki, monitorinqimiz bütün ölkəni əhatə edəcək”.
Qeyd edək ki, AŞPA, ATƏT DTİHB və ATƏT PA müşahidəçilərinin seçkiləri müşahidə ilə bağlı birgə mətbuat konfransı fevralın 10-na planlaşdırılıb.