AŞPA deputatı: “Assambleya Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini mübahisələndirməklə heç nə əldə etməyəcək”

Xarici siyasət
  • 23 yanvar, 2024
  • 10:31
AŞPA deputatı: “Assambleya Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini mübahisələndirməklə heç nə əldə etməyəcək”

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin mübahisələndirilməsi təşkilatın özü üçün müsbət nəticələr verməyəcək.

Bunu "Report"a açıqlamasında Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, deputat Aleksey Qonçarenko deyib.

“Mən şəxsən Assambleyada bu qərarı dəstəkləmədim”, - o bildirib.

Deputat bildirib ki, qərar əvvəlcə monitorinq komitəsi tərəfindən veriləcək, sonda isə Assambleyanın iclasında təsdiqlənəcək: "Azərbaycana qarşı əsas arqument ölkənin fevralın 7-nə təyin edilmiş prezident seçkilərini müşahidə etmək üçün bu qurumdan missiya dəvət etməməsidir".

Onun sözlərinə görə, vəziyyətin nəticəsini proqnozlaşdırmaq kifayət qədər çətindir: “Vəziyyət doğrudan da sadə deyil”.