Artis Pabriks: Latviya Azərbaycanı Cənubi Qafqazda əsas tərəfdaş hesab edir - EKSKLÜZİV
- 13 mart, 2025
- 15:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Latviya ənənəvi olaraq Azərbaycanı Cənubi Qafqazda əsas tərəfdaş kimi görür.
Bu barədə “Report”a latviyalı siyasətçi, ölkənin xarici işlər və müdafiə naziri vəzifələrini tutmuş Artis Pabriks bildirib.
Siyasətçi vurğulayıb ki, iki ölkə arasında münasibətlər ənənəvi olaraq yaxşı səviyyədə olub və ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün potensial var.
"Rusiya ilə Ukrayna arasında müharibə regionda yeni enerji böhranına səbəb oldu və Azərbaycan Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm tərəfdaşa çevrildi", - A.Pabriks XII Qlobal Bakı Forumunun kuluarlarında bildirib.
Keçmiş nazirin sözlərinə görə, Avropa həmişə Azərbaycanla ticarət əlaqələrinin inkişafında maraqlı olub və olacaq.
A.Pabriks, həmçinin Bakıda keçirilən qlobal forumun yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb:
"Forum bizə Avropada keçirilən beynəlxalq konfranslarda və ya digər tədbirlərdə həmişə görüşə bilmədiyimiz insanlarla ünsiyyət qurmaq imkanı verir".