AQEM çərçivəsində dialoq beynəlxalq konsensusun gücləndirilməsində mühüm rol oynayır
- 09 sentyabr, 2025
- 10:16

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) qlobal böhranlar fonunda yeni beynəlxalq konsensusun formalaşmasına daha fəal şəkildə töhfə verməlidir.
"Report" xəbər verir ki, bunu Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun prezidenti Çen Dunsyao Bakıda keçirilən AQEM Beyin Mərkəzləri Forumunun 13-cü iclasında bildirib.
"Dialoqun dəyəri iki səviyyədə özünü göstərir: bir tərəfdən, bərabərhüquqlu və açıq ünsiyyət beynəlxalq nizamın böhranı və çoxtərəfliliyə şübhə ilə yanaşma şəraitində xüsusi əhəmiyyət kəsb edir, digər tərəfdən isə AQEM inkişaf, təhlükəsizlik və münaqişələrin həlli sahəsində Asiya ölkələrinin unikal təcrübəsini birləşdirir", - o bildirib.
Ç.Dunsyao qeyd edib ki, Beyin Mərkəzləri Forumu bilik mübadiləsi platforması kimi bu prosesdə xüsusi rol oynasa da, dialoq özü-özlüyündə fundamental maraqları və ya dərin kök salmış dəyərləri əhatə edən münaqişələri həll etmək iqtidarında deyil.