Antverpen şəhərində səyyar konsulluq xidməti təşkil olunacaq
- 16 iyun, 2026
- 17:59
Yeniliklərdən dərhal xəbərdar olun!
Belçikanın Antverpen şəhərində səyyar konsulluq xidməti təşkil olunacaq.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Belçikadakı səfirliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb.
"Antverpen və ətraf şəhərlərində yaşayan Azərbaycan vətəndaşlarının diqqətinə! 22 iyun 2026-cı il tarixində Antverpen şəhərində Səyyar Konsulluq Xidməti təşkil olunacaq", - paylaşımda bildirilib.
Müraciət qaydası da açıqlanıb:
"Pasportların təhvil verilməsi
Arayışların verilməsi
Sorğu və ərizələrin qəbulu
Konsulluq-hüquq məsələləri üzrə məsləhətlər
Müraciətlər: consul_brussels@mission.mfa.gov.az
Son müraciət tarixi: 19 iyun 2026".
📢 Antverpen və ətraf şəhərlərində yaşayan Azərbaycan vətəndaşlarının diqqətinə!
— AzEmbBrussels (@AZMissionEU) June 16, 2026
🇦🇿 22 iyun 2026-cı il tarixində Antverpen şəhərində Səyyar Konsulluq Xidməti təşkil olunacaq.
🛂 Pasportların təhvil verilməsi
📄 Arayışların verilməsi
📝 Sorğu və ərizələrin qəbulu
⚖️… pic.twitter.com/bk2z7c6YZf